Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 Maşınla qadını vurub öldürən sürücüyə AĞIR CƏZA

Maşınla qadını vurub öldürən sürücüyə AĞIR CƏZA

Maşınla qadını vurub öldürən sürücüyə AĞIR CƏZA

Maşınla qadını vurub öldürən sürücüyə AĞIR CƏZA

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Elman Salahovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Cars-az-ın lent.az-a istinadən məlumatına görə, hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hakimlər kollegiyasının qərarı ilə E.Salahov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, keçən il avqustun 31-də Nəsimi rayonu S.Vurğun küçəsində Bakı şəhər sakini Elman Salahov idarə etdiyi “Tofaş” markalı avtomobillə yolu keçən paytaxt sakini Firuzə Şeyxovanı vurub. Xəstəxanaya yerləşdirilən piyadanın həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı 263-cü (ölümlə nəticələn yol-nəqliyyat hadisəsi törətmək) maddəsi ilə cinayət işi başlanılıb.

Dostlarınla paylaş


Şərhlər


Top