04.11.2015
Gündəm
Maşından oğurluq etmək istədilər
Bakıda avtomobildən oğurluq edən şəxslər saxlanılıb. Cars-az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, Nərimanov rayon 17-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 27-də Səttar Yaqubova məxsus “KİA” markalı avtomobildən oğurluq etmiş Bakı şəhər sakinləri Natiq Kərimli və Anar Məcidov tutulublar. Faktla bağlı araşdırma aparılır.
Fərid