04.11.2015
Gündəm
Azərbaycanlılar Rusiyada qəzaya düşdü
Rusiyanin Krasnadar vilayətinin Ust-Labinsk şəhərində azərbaycanlıların iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib. Cars-az anspress-ə istinadən xəbər verir ki, 39 yaşlı sürücüsü Həsən Əbdül idarə etdiyi “Qazel”i yük qatarına çırpıb. Qəzanın azərbaycanlı sürücü avtomobillə qorunmayan dəmir yolu keçidinə qırmızı işıqda daxil olduğundan baş verdiyi bildirilir. İki nəfərin olduğu “Qazel” Qafqaz - Krasnodar reysini həyata keçirən yük qatarı bir müddət sürüdükdən sonra aşırıb.
Avtomobilin sürücüsünü ağır travmalarla Ust-Labinsk mərkəzi xəstəxanasına çatdırıblar.