04.11.2015
Gündəm
Bu yol bağlanacaq: 1 gün
Magistral istilik xəttində baş vermiş qəzanın aradan qaldırılması üçün noyabrın 4-də Nəsimi rayonu, Alı Mustafayev küçəsi 1 ünvanında qazıntı işləri aparılacaq. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza bərpa işlərinin 1 gün müddətinə yekunlaşdırılması nəzərdə tutulub. Qazıntı işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılacaq.