Abşeronda yük maşınını qaçıran şəxs saxlanılıb

Abşeronda yük maşınını qaçıran şəxs saxlanılıb

Abşeronda yük maşınını qaçıran şəxs saxlanılıb

Abşeronda İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus “KamAZ” markalı avtomobili qaçıran şəxs tutulub. Cars-az DİN-in saytına istinadən verdiyi məlumata görə, Rayon Polis İdarəsi və Salyan rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Abşeron rayon İxtisaslaşdırılmış Təmir-Abadlıq İdarəsinə məxsus “KamAZ” markalı avtomobili qaçırmış Salyan rayon sakini Vurğun Cəbrayılov saxlanılıb. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun hadisəni oktyabrın 28-də oğurluq etdiklərinə görə tutulmuş İlkin Əliyev və Əhmədağa Cəbrayılovla birgə törətməsi müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top