Yasamalda polis əməkdaşı öldü

Yasamalda polis əməkdaşı öldü

Bakının Yasamal rayonunda polis əməkdaşı ölüb. Cars-az teleqraf-a istinadən xəbər verir ki, 10-cu keçid, ev 8-də yaşayan Bakı şəhər sakini, 1971-ci il təvəllüdlü polis serjantı Azər Ramiz oğlu Dadaşovun meyiti aşkar edilib.

İlkin məlumata görə, Azər Dadaşov ürək çatışmamazlığından ölüb. O, BMİ-nin Bakı Neft Emalı Zavodunun mühafizəçi işləyib.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top