04.11.2015
Gündəm
Hərbi yük maşını qatarla toqquşdu: 1 yaralı
Oktyabrın 30-da "MAZ" markalı hərbi yük maşını dəmir yol ötürücüsünü keçərkən qatarla toqquşub. Cars-az-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, qəza nəticəsində bir nəfər hərbi qulluqçu - avtomobilin sürücüsü əsgər Muxtarlı Məhəmməd Əhməd oğlu xəsarət alıb. Əsgər M.Muxtarlı hərbi tibb müəssisəsinə yerləşdirilib. Hadisə ilə əlaqədar cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.
Fidan