04.11.2015
Gündəm
İlham Əliyev Yasamalda bağlı yolların açılışını etdi
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışında iştirak edib. Cars-az Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov prezidentə görülən işlər barədə məlumat verib. İlham Əliyev yeni salınan Qurban Xəlilov küçəsinin rəmzi açılışını bildirən lenti kəsib.