04.11.2015
Gündəm
Öz traktorunun altında öldü
Şamaxı rayonunda faciəvi hadisə baş verib. Cars-az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 20-də Şamaxı rayonunun Məlhəm kəndində rayon sakini Niyaz Abdullayev ehtiyatsızlıqdan özünə məxsus “Belarus” markalı traktorun qoşqusunun altında qalıb. Xəstəxanaya yerləşdirilmiş N.Abdullayev orada ölüb.
Fidan