04.11.2015
Gündəm
Özünü 10-cu mərtəbədən atan qız maşının üstünə düşdü
Bakının Yasamal rayonunda gənc qız intihar edib. Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib. Belə ki, 20 yaşlı Ləman Kərimova özünü hündürmərtəbəli binanın onuncu mərtəbəsindən atıb. O, həyətdə qonşusuna məxsus “Hundai” markalı avtomobilin üzərinə düşüb. L.Kərimova elə hadisə yerindəcə ölüb. Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.