30.03.2016
Gündəm
Hərbi maşın partladıldı - Ölən və yaralananlar var
Dağıstanda naməlum şəxslər kustar üsulla hazırlanmış partladıcı qurğu vasitəsilə “Ural” markalı hərbi maşını partladıblar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, nəticədə bir hərbçi ölüb. Məlumata görə, maşında və onu müşayiət edən “UAZ” markalı avtomobildə ümumilikdə 10-dan çox hərbçi olub. Partlayış nəticəsində bir neçə hərbçi yaralanıb. İnsident Mahaçkala yaxınlığında yerli vaxtla 21.00 radələrində baş verib.