30.03.2016
Gündəm
“Kamaz” çaya düşdü - 2 nəfər suda boğuldu
Bu gün axşam saat 21 radələrində Ələt-Astara avtomobil yolunun Salyan şəhərindən keçən 57-ci km-də ağır yol-nəqliyyat hadisəsi baş verib. Сars-az-ın virtualaz.org-a istinadən məlumatına görə, Bakı istiqamətində hərəkətdə olan 10-MP-867 dövlət nömrə nişanlı "Kamaz" markalı yük maşını qəfil idarəetməni itirərək Akquşa çayına düşüb. Yük maşını sudan çıxarılsa da, avtomaşında olan sürücü və sərnişin tapılmayıb. İlkin araşdırma nəticəsində məlum olub ki, qəzaya uğramış "Kamaz" Qobustan sakini tərəfindən idarə olunub.
Hazırda FHN əməkdaşları qəza zamanı suda batmış sürücü və sərnişinin axtarışlarına başlayıblar.