Maşınında külli miqdarda qaçaqmal aşkarlandı

Maşınında külli miqdarda qaçaqmal aşkarlandı

Maşınında külli miqdarda qaçaqmal aşkarlandı

Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. Сars-az xəbər verir ki, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Həmin avtomobildən Belarusiya və Gürcüstan Respublikalarının aksiz markaları ilə markalanan külli miqdarda “NZ”, “Marlboro”, “Pirveli”, “Parliament”, “Kent”, “Corset”, “Winston” adlı siqaretlər aşkar edilərək götürülüb.

Emin

Dostlarınla paylaş


Şərhlər


Top