04.11.2015
Gündəm
«Dərnəgül yolu»nda kabus dolaşır; bir gündə üç qəza – yol bağlanıb
Bakının Ziya Bünyadov prospekti yenidən bağlanıb. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Cars-az-a verilən məlumata görə, əsas yolda - «Koroğlu» metrostansiyası istiqamətində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitələrinin hərəkətində sıxlıq yaranıb.
Qeyd edək, bu, gün ərzində Ziya Bünyadov prospektində qeydə alınan 3-cü yol-nəqliyyat hadisəsidir. Sürücülərə nəqliyyat vasitələrini daha ehtiyatla idarə etmələrini, sürət həddini aşmamalarını və ara məsafəsini gözləmələrini tövsiyə edirik.
Elmin