Bakıda yük maşınını qaçırdılar

Bakıda yük maşınını qaçırdılar

Bakıda yük maşınını qaçırıblar. Cars-az xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsindən anspress-ə verilən məlumata görə, aprelin 27-də saat 00.45 radələrində, Binəqədi qəsəbəsində Göyçay rayon sakini Asif Yusifova məxsus “Şhaqman” markalı avtomobili itib. Bu barədə Asif Yusifov bu barədə polisə şikayət edib.

Şikayət əsasında Binəqədi rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşları əməliyyata başlayıb. Keçirilən əməliyyat nəticəsində, maşını qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Elsevər Abbasəli oğlu Abbasov tutulub.

Faktla bağlı araşdırma aparılır.

Dostlarınla paylaş


Şərhlər


Top