Velosiped həvəskarlarına xəbər; Bakıda növbəti yürüş olacaq

Velosiped həvəskarlarına xəbər; Bakıda növbəti yürüş olacaq

Velosiped həvəskarlarına xəbər; Bakıda növbəti yürüş olacaq

Mayın 3-də Bakıda Azərbaycan Velosiped İdmanı Federasiyası, Ədliyyə Nazirliyi və “İrəli” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin 92-ci ildönümünə həsr olunmuş həvəskarlar arasında velosiped yürüşü təşkil olunacaq. Federasiyadan Cars-az-a verilən məlumata görə, saat 10:00-da başlanacaq tədbir Dövlət Bayrağı Meydanından start götürməklə Heydər Əliyev Mərkəzinin qarşısında başa çatacaq. Yürüşdə iştirak etmək istəyən həvəskarların velosiped və baş geyiminin olması mütləqdir. Həmin şəxslərin mayın 3-ü, saat 09:30-da Dövlət Bayrağı Meydanına gəlmələri xahiş olunur.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top