Sabah 26 dərəcə isti olacaq

Sabah 26 dərəcə isti olacaq

Sabah ölkə ərazisində hava yağmursuz olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Cars-az-a verilən məlumata görə, aprelin 29-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi mülayim cənub küləyinə keçəcək.

Havanın temperaturu gecə 8-13˚, gündüz 15-20˚, bəzi yerlərdə 22˚ isti olacaq.

Aprelin 29-da Azərbaycanın bölgələrində də hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu aran rayonlarında gecə 9-14˚, gündüz 19-24˚, bəzi yerlərdə 26˚ isti, dağlarda gecə 3-8˚ isti, gündüz 12-17˚, bəzi yerlərdə 20˚ isti olacaq.

Dostlarınla paylaş


Şərhlər


Top