Bu avtobuslara nəzarət gücləndiriləcək

Bu avtobuslara nəzarət gücləndiriləcək

"BakuBus" MMC şirkətə məxsus avtobuslara nəzarət sistemini gücləndirir. Сars-az xəbər verir ki, bu barədə "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova açıqlamasında bildirib ki, bu məqsədlə "BakuBus" avtobuslarının xəttə buraxılan vaxtdan fəaliyyətə başlayan şirkətin nəzarət xidməti üçün yeni avtomobillər alınıb: "Bundan əvvəl nəzarət xidmətinə məxsus 2 avtomobil var idi. Lakin bu yaxınlarda "BakuBus" xidmətin fəaliyyətini gücləndirmək məqsədilə 2 "NAZ Lifan" markalı avtomobil alıb. Nəzarət xidmətinin yeni avtomobilləri "BakuBus"ın təlim mərkəzində sınaqdan keçirilib və artıq bu gündən etibarən istifadəyə verilib".

http://img.milli.az/2016/02/23/bakubus_nezaret_15.jpg

http://img.milli.az/2016/02/23/bakubus_nezaret_14.jpg

Dostlarınla paylaş


Şərhlər


Top