Bakı-Sumqayıt qatarlarının hərəkəti bərpa edildi - YENİLƏNİB
10:09
Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb. Сars-az xəbər verir ki, bu barədə "report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.
N.Əzməmmədovun sözlərinə görə, yaranan problem relslərə verilən elektrikin kəsilməsi ilə əlaqədar olub: "Problem elektrik kəsintisindən yaranıb və saat 9:00 radələrində hərəkət bərpa edilib və bu dəqiqələrdə Sumqayıtdan gələn qatar platformaya daxil oldu".
---------
09:03
Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.
Сars-az "report"a istinadən xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.
Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.
Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.