23.02.2016
Gündəm
Bu yollar nə vaxt açılacaq
Сars-az xəbər verir ki, bu barədə NİİM-dən verilən məlumata görə, Əziz Əliyev küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən İçərişəhərin Qoşa Qala qapıları ərazisinə qədər olan hissəsində təmir işlərinin aparılması ilə əlaqədar yolda nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb.
Qeyd edək ki, artıq uzun müddətdir ki, təmir işləri ilə əlaqədar Davud Aslan küçəsi, eləcə də ərazidə yeni metro stansiyasının tikintisi ilə əlaqədar Ceyhun Səlimov küçəsi Hərbi hospitalın qarşısından 3-cü mikrorayon dairəsi istiqamətində uzun müddətə bağlanıb.
Maraqlısı odur ki, heç bir yolda təmir işlərinin nə vaxt bitəcəyinə dair məlumat verilmir. Bəzən məlumat verilsə belə, adətən işlər vəd edilən vaxtda tamamlanmır.