19.01.2016
Gündəm
Benzinin bir litri 16 qəpikdir
ABŞ-ın Miçiqan ştatında Hafton Taun şəhərində bir litr benzinin qiyməti 10 sentdən ucuzdur. Сars-az oxu.az-a istinadən xəbər verir ki, AMB-nin (Azərbaycan Mərkəzi Bankı) kursu üzrə isə 16 qəpikdir, bu barədə abc telekanalı məlumat yayıb. Bir qallon (3,8 litr) benzinin qiyməti şəhərdə 47 sent (75 qəpik və ya 0,75 manat) səviyyəsində ucuzlaşıb.
Ekspertin sözlərinə görə, bu, üç yerli yanacaqdoldurma məntəqəsinin arasında gedən qiymət müharibəsinin nəticəsidir. O, həmçinin qeyd edib ki, ölkədə heç bir region neftin ucuzlaşmasına belə reaksiya verməyib.