Bakının ötən il ən çox tıxac olan küçələri
2015-ci ildə nəqliyyatın ən sıx olduğu küçə Azadlıq prospekti ilə Cəfər Xəndan küçəsinin kəsişməsi olub. Сars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Məlumata görə, il ərzində nəqliyyatda ən çox intensivlik müşahidə olunan digər küçələrin siyahısı belədir: Neftçilər prospekti – Əziz Əliyev küçəsi, Tbilisi prospekti – İzmir küçəsi, İnşaatçılar prospekti – “Statistika dairəsi”, Ş.İ.Xətai prospekti – Ə.Dəmirçizadə küçəsi, “28 May” - Rəşid Behbudov küçələri, R. Behbudov – Şəmsi Bədəlbəyli küçələri, Ü. Hacıbəyli – K. Səfərəliyeva küçələri, K. Rəhimov küçəsi - F. Xoyski prospekti, Z. Əliyeva küçəsi – Bülbül prospekti, S. Vurğun - A. Bakıxanov küçələri, Y. Səfərov - M. Mehdizadə küçələrinin kəsişməsində avtomobillərin hərəkətində tıxaclar qeydə alınıb.