Bakının bəzi yollarında tıxac yaranıb

Bakının bəzi yollarında tıxac yaranıb

Bu gün səhər saatlarında Ziya Bünyadov prospekti (20 Yanvar Dairəsi istiqamətində) və Tbilisi prospektində (Nəqliyyat Nazirliyinin qarşısı) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) verilən məlumatda bildirilib. Eyni zamanda Üzeyir Hacıbəyov küçəsi (mərkəzə doğru) və Yusif Səfərov küçəsində (Neftçilər Xəstəxanasının qarşısı) avtomobillərin hərəkətində sıxlıq yaranıb.

Dostlarınla paylaş


Şərhlər


Top