29.12.2015
Gündəm
Binəqədidə avtomobil qarətçiləri tutuldu
Bakının Binəqədi rayonunda oğurluq edən şəxslər məsuliyyətə cəlb edilib. Cars-az xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Anar Məcidov və Mirzə Cabbarov tutulublar. Onlar 5 nəfər paytaxt sakininə məxsus avtomobillərdən pul, sənəd, qızıl və məişət əşyası oğurlamaqda şübhəli biliniblər.