29.12.2015
Gündəm
Bakıda döyülən 32 yaşlı sürücünün dili tutuldu
Sərnişin tərəfindən döyülən avtobus sürücüsü barədə hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmanın hələ ki, bir nəticəsi məlum deyil. "BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova bildirib ki, araşdırmanın gedişatı onlara da maraqlıdır.
Qeyd edək ki, döyülən 32 yaşlı sürücü hadisə nəticəsində nitq qabiliyyətini itirib.