03.03.2016
Gündəm
Bakıda yol polisləri polkovniki DÖYDÜLƏR
Bakıda yol polisi əməkdaşları Müdafiə Nazirliyinin polkovnikini döyüblər. Сars-az sputnik-ə istinadən verdiyi məlumata görə, hadisə Yeni Günəşli massivində baş verib. Dövlət Yol Polisi Suraxanı rayon şöbəsinin əməkdaşları nazirliyin polkovniki Mehman Yusifovun idarə etdiyi maşını saxlayarkən, tərəflər arasında mübahisə düşüb. İnsident zamanı ərazidəki digər həmkarlarını da köməyə çağıran polislər polkovniki döyüblər.
Mehman Yusifov baş verənlərlə bağlı Suraxanı Rayon Polis İdarəsinə şikayət edib. Məlumata görə, ağır bədən xəsarətləri alan Yusifovun şikayəti üzrə materiallar Suraxanı Rayon Prokurorluğuna göndəriləcək.