Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək

Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək

Bakıda bəzi avtobus marşrutları dəyişdiriləcək

Bakı şəhər və şəhərətrafı marşrut xətlərində aparılan təkmilləşdirmə işləri və "Bakı 2015" I Avropa Oyunları zamanı şəhərin mərkəzi hissəsində nəqliyyat sıxlığının azaldılması ilə əlaqədar paytaxtdakı müəyyən marşrut xətlərində edilən dəyişiklilər üzərində hazırda iş gedir.

Cars-az xəbər verir ki, bu haqda "report"a "Bakı Sərnişin Daşımaları" MMC-dən məlumat verilib.

Bildirilib ki, avtobusların hazırkı marşrutlarla sərnişindaşımaları iyulun 1-dək bu qaydada həyata keçiriləcək: "Bu, bir qədər vaxt aparan prosesdir. Müəyyən marşrutlar olduğu kimi qalacaq, digərlərinin isə xətlərində dəyişiklik ediləcək. Bura "BakuBus" MMC-nin də avtobuslarının qoşulacağı istisna edilmir".

Dostlarınla paylaş


Şərhlər


Top