İki sərnişin zarafatlaşdı, pilot uçuşu ləğv etdi

İki sərnişin zarafatlaşdı, pilot uçuşu ləğv etdi

İki sərnişin zarafatlaşdı, pilot uçuşu ləğv etdi

Türk Hava Yollarına aid təyyarədə iki sərnişinin zarafatı polis idarəsində bitib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, İstanbuldan Brüsselə uçmağa hazırlaşan təyyarədə iki sərnişin öz aralarında “təyyarədə bomba var” zarafatını edib. Bunu eşidən təyyarənin ekipaj üzvü pilotu durumdan xəbərdar edib. Pilot isə polisə xəbər verərək təyyarənin yoxlanmasını tələb edib. Polis 128 sərnişini endirərək təyyarədə bomba axtarışına başlayıb.

Bomba aşkar edilməsə də, təyyarə 2 saat uçuşa gecikib. Hər iki sərnişin isə ifadələri alındıqdan sonra buraxılsalar da, təyyarəyə gecikiblər.

Dostlarınla paylaş


Şərhlər


Top