Bu gün 40 dərəcə isti olacaq

Bu gün 40 dərəcə isti olacaq

Bu gün Azərbaycanda havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 31-36 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında iyunun 28-də hava əsasən yağmursuz olacaq. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 35-40, dağlarda gecə 13-18, gündüz 24-29 dərəcə isti olacaq.

Fidan

Dostlarınla paylaş


Şərhlər


Top