04.11.2015
Gündəm
Bakıda betonqarışdıran maşın aşıb
Xətai rayonunda yol qəza hadisəsi baş verib. Cars-az-ın trend-ə istinadən verdiyi məlumata görə, Bakının Xətai rayonu, Nəcəfqulu Rəfiyev küçəsində betonqarışdıran maşın aşıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, hadisədə yaxınlıqda park etmiş avtomobil zərər çəkib.