04.11.2015
Gündəm
Bomba yüklü avtomobil belə havaya uçdu - Video
Türkiyənin Batman vilayətində yol kənarında atılmış və bomba yüklü bir avtomobil aşkarlanıb. Avropa.info xəbər verir ki, polis Diyarbakır-Batman avtomagistralında dayanmış vəziyyətdə bir avtomobil aşkarlayıb. Daha sonra avtomobilə baxış keçirən polis əməkdaşları avtomobilin bomba yüklü olduğunu görüb. Hadisə yerinə çoxlu mütəxəssis cəlb olunub və avtomobil oradaca havaya uçurulub. Avtomobilin partladılması hadisəsi kamera vasitəsilə lentə alınıb.