04.11.2015
Gündəm
Sabah 41 dərəcə isti olacaq
Sabah Bakıda 37 dərəcə isti olacaq. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan Cars-az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz olacaq. Gündüz cənub-şərq küləyi əsəcək.
Avqustun 15-də Abşeron yarımadasında havanın temperaturu gecə 23-26, gündüz 32-37 dərəcə isti olacaq. Bakıda havanın temperaturu gecə 24-26, gündüz 35-37 dərəcə isti olacaq.
Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-25, gündüz 35-41, dağlarda gecə 15-20, gündüz 27-32 dərəcə isti olacaq.