04.11.2015
Gündəm
Bakıda AA seriyalı maşına hücum - QIZIL OĞURLANIB
Bakıda özəl firmaya məxsus AA seriyalı maşının şüşələri sındırılıb. Cars-az Qafqazinfo-yə istinadən məlumat verir ki, hadisə Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində baş verib. Elə həmin küçədə yaşayan Böyük Britaniya vətəndaşı 1977-ci il təvəllüdlü Azər Əliyevin idarə etdiyi Ram-X firmasına məxsus Nissan–Patrol markalı 10 AA 681 nömrəli avtomobilin şüşələri sındırılıb. Maşından 3 min fund sterlinq, qızıl-zinət əşyaları və şəxsiyyət vəsiqələri oğurlanıb. Faktla bağlı araşdırma aparılır.