04.11.2015
Gündəm
ABŞ-da avtoxuliqanı belə tutdular
ABŞ-ın Ohayo ştatının yaxınlığında polisdən qaçmağa çalışan şəxs diqqət mərkəzinə düşüb. Cars-az xəbər verir ki, hüquq-mühafizə orqanları əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayan sürücü bütün yol polisini ayağa qaldırıb. Polis avtomobillərinin zərbələrinə baxmayaraq manevr etməyi davam etdirən sürücü sonda polislər tərəfindən mühasirəyə alınaraq tutulub. Hadisə zamanı 3 polis də yüngül zədə alıb.