04.11.2015
Gündəm
Bu yollarda sürət həddi dəyişdi
Paytaxt yollarında sürət həddi aşağı salınıb. Cars-az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, hava şəraiti nəzərə alınaraq, bəzi yollarda avtomobillərin sürət həddinə məhdudiyyətlər qoyulub. Böyükşor-Hava limanı - Bigəh, Zığ dairəsi - Hava Limanı avtomobil avtomobil yollarında təhlükəsizliyin təmin edilməsi məqsədilə hər zolaq üzrə sürət həddi 20km/saat aşağı salınıb.
Belə ki 120km/saatdan 100-ə, 100 km/saatdan 80-ə, 80 km/saatdan 60-a endirilib. Hava şəraiti dəyişən kimi sürət həddi yenidən əvvəlki vəziyyətə qaytarılacaq.