Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan yeni xəbər

Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan yeni xəbər

Bakı-Sumqayıt yolundakı qəzada yaralananlardan yeni xəbər

Dünən Bakı-Sumqayıt yolundakı baş verən dəhşətli qəzada xəsarət alanlardan iki nəfərinin vəziyyəti ağırdır. Cars-az xəbər verir ki, Səhiyyə Nazirliyindən bakuws-ə verilən məlumata görə, vəziyyəti ağır olan Elçin İsayev və Elza Hüseynova Bakıdakı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdiriliblər. Digər yaralıların isə vəziyyəti orta-ağır olaraq qalır. Həkimlər onlara nəzarət edir. Qeyd edək ki, Bakı-Sumqayıt yolunda "Ford Tranzit” markalı mikroavtobus idarəetməni itirərək dəmir maneəyə çırpılıb. Qəza nəticəsində 3 nəfər ölüb, 11 nəfər yaralanıb.

Sumqayıt xəstəxanasına yerləşdirilən yaralılardan biri Ofeliya Məmmədova dünyasını dəyişib.

Yaralıların bəzilərinin kimliyi məlum olub. Lakin xəsarət alanlardan bir-neçəsinin kimliyi hələlik məlum deyil. Yaralılar Baloğlan Ağakişiyev, Rövşən Cavadov, Rəşad Əhmədov, Əsmər Məmmədova, İbadət Allahverdiyev, Ofelya Məmmədova, Asif Paşabəyovdur.

Qəzada ölənlərdən biri 1987-ci il təvəllüdlü Amin Abdullayevdir.

Dostlarınla paylaş


Şərhlər


Top