Bakı-Sumqayıt yolunda baş verən qəzanın təfərrüatları məlum olub. Anspress-in
Sumqayıt Şəhər Təcili Tibbi Yardım xəstəxanasının baş həkimi Vasif Qəhrəmanov İmran oğlundan aldığı məlumata görə , mikroavtobusda 16 sərnişin olub. Onlardan 4-ü yüngül bədən xəsarətləri alıb, ilkin tibbi yardımdan sonra evlərinə buraxılıblar. Digər on nəfərin isə vəziyyəti ağır olduğundan onları dərhal Sumqayıt xəstəxanasına aparılıblar. Bir yaralı Qarayev Elçin Xoşbəxt oğlunun vəziyyəti çox ağır olduğundan Bakıya gətirilib.