Bakı metrosu “Qəbələ” azarkeşlərini aldatdı

Bakı metrosu “Qəbələ” azarkeşlərini aldatdı

Bakı metrosu “Qəbələ” azarkeşlərini aldatdı

Bakı Metropoliteni “Qəbələ” azarkeşlərini sözün həqiqi mənasında yarı yolda qoyub. “Qafqazinfo” xəbər verir ki, metropoliten rəsmiləri sentyabrın 17-i baş tutan “Qəbələ” – PAOK oyununun gec başlamasını (22:00) nəzərə alaraq, metronun 00:00-da deyil, 01:30-da bağlanacağını desələr də buna əməl etməyiblər. Belə ki, metronun qapıları saat 01:00-da artıq azarkeşlərin üzünə bağlı olub. İctimai nəqliyyat kimi metropolitendən istifadə edə bilməyən “Qəbələ” sevərlər narazı qalıblar.

Xatırladaq ki, “Bakcell Arena”da keçirilən oyun qolsuz bərabərliklə başa çatıb.

Dostlarınla paylaş


Şərhlər


Top