04.11.2015
Gündəm
Bakı Dairəvi Yolunda hərəkət məhdudlaşdırılır
Triatlon üzrə idman yarışlarının keçirilməsi ilə əlaqədar 2 may 2015-ci il tarixdə saat 05:00-dan 17:30-dək müddətdə Mərdəkan-Bilgəh-Novxanı-Sumqayıt yaşayış məntəqələrini birləşdirən Bakı Dairəvi Yolunun Bilgəh qəsəbəsindən Nardaran qəsəbəsinədək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Cars-az xəbər verir ki, bu barədə Nəqliyyatın İntellektual İdarəedilməsi Mərkəzindən məlumat verilib.
Qeyd olunan vaxt ərzində şəhər mərkəzi və Mərdəkan qəsəbəsi istiqamətdə hərəkət üçün sürücülərə Buzovna-Maştağa-Nardaran yolundan istifadə etmələri tövsiyə olunur.