04.11.2015
Gündəm
Bakı aeroportuna gedənlər diqqətli olsunlar
Sabah Heydər Əliyev prospektinin “Hava limanı” yol qovşağından “Sabunçu” yol qovşağınadək olan hissəsində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətindən Cars-az-a verilən məlumata görə, göstərilən ərazidə qismən məhdudlaşdırma Bakı şəhərində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin yenidən rənglənməsi səbəbi ilə səhər saat 10:30-dan axşam saat 17:00-dək tətbiq ediləcək. Sürücülərdən aparılan işlərlə əlaqədar alternativ yollardan istifadə etmələri tövsiyə olunur.
Fidan