04.11.2015
Gündəm
Bakıda traktor oğruları tutuldu
Bakıda traktor oğurlamaqda şübhəli bilinən 2 nəfər tutulub. Bakı şəhər Baş Polis İdarəsindən (BŞBPİ) Cars-az-a verilən məlumata görə, aprelin 24-27-si tarixlərində Dərnəgül qəsəbəsində Bakı şəhər sakini Ülfət Ələsgərova məxsus “Bobsat S-175” markalı yük qaldırıcı traktor naməlum şəraitdə oğurlanıb.
Binəqədi rayon Polis İdarəsi 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində, oğurluqda şübhəli bilinən Bakı şəhər sakini 1982-ci il təvəllüdlü Səbuhi Eldar oğlu Mirzəyev və Lerik rayon sakini 1975-ci il təvəllüdlü Eldəniz Ağabala oğlu Məmmədov tutulublar.