04.11.2015
Gündəm
Manana avtomobil qəzasına düşdü
Əməkdar artist Manana avtomobil qəzasına düşüb. Cars-az-ın axşam.az-a istinadən məlumatına görə, ifaçı "Gündəlik" verilişinə gələndə avtomobilini vurublar. Aparıcı Mətanət Əliverdiyeva bu səbəbdən onun verilişə gecikdiyini bildirib. Manana özü isə bu haqda danışmaq istəməyib: "O hadisəni görənlər mənim efirdə oxuduğumu görsələr təəccüblənəcəklər. Şükür Allaha ki, sağam, salamatam".