Bakı-Böyük Kəsik dəmir yolu boyunca Gəncəyə qədər yarımstansiyalar tam hazırdır
Bakı-Böyük Kəsik dəmir yolu dəhlizində Bakıdan Gəncə şəhərinə qədər olan yarımstansiyalar artıq qurulub. Layihə üzrə siqanlizasiya sistemi yenilənib və hazırda elektrik təchizatında dəyişikliklər edilir. Cars-az xəbər verir ki, bu barədə "report"a "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, bu dəhlizdə qatarların hərəkətinə nəzarət etmək üçün Bakıda xüsusi dispetçer məntəqəsi yaradılacaq: "Qatarlar oradakı mikroprosessor əsasında idarə olunacaq. Bu, maşinistlə danışmağa, nasazlıq baş verdiyi təqdirdə bu haqda məlumat ötürməyə imkan verir".
Qeyd edək ki, Dünya Bankı ilə həyata keçirilən bu layihə “Bombardier-TransSignalRabitə" podratçı şirkəti bu istiqamətdə indiyə kimi 1, 2 və 3-cü hissələr üzrə işçi layihələr hazırlayıb. Birinci hissədə Böyük Kəsik-Gəncə sahəsində işlər başlayıb. Böyük Kəsik-Ağstafa hissəsiındə 13 stansiyadan 5-də işlərin 80%-ə qədər görülüb. İlk hissənin kabel işlərinin əsas hissəsi həyata keçirilib.