Avtomobil təmiri sexlərinin “qənimləri” tutuldu
Quba rayonunun Paşaoba kəndində rayon sakini İsmayıl Mirzəyevə məxsus avtomobillərin təmiri sexindən yük avtomobilləri üçün ehtiyat hissələri oğurlanıb.
Cars-az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən xezerxeber-ə verilən məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətmiş Laçın rayon sakini Yaşar İbrahimov və Qax rayon sakini Eldəniz Atayev tutulublar.
Ətraflarında aparılmış əməliyyat tədbirləri ilə onların aprelin 21-nə keçən gecə rayonun Paşaoba, Alekseyevka, İspik kəndlərində Ramil Şeydayevə, Bəhruz Səfərəliyevə, Əfqan Babayevə məxsus avtomobil təmiri sexlərindən avtomobil ehtiyat hissələri, 30 metr dəmir boru, 1 ədəd qapı, 1 ədəd soba və digər əşyalar, aprelin 17-nə keçən gecə Mikayıl Bədəlovun həyətindən isə dəmirdən hazırlanmış 9 ədəd tor oğurlamaları da müəyyən edilib.