04.11.2015
Gündəm
Avtomobil oğrusu kameraya düşdü
Aprelin 5-nə keçən gecə Xəzər rayonunun Binə qəsəbəsindən qəsəbə sakini Nadir Ağayevə məxsus “VAZ-2107” markalı avtomobil qaçırılıb.
Cars-az xəbər verir ki, bu barədə teleqraf-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib. Məlumata görə, avtomobil həmin gün Keşlə qəsəbəsi ərazisində hərəkətdə olarkən DİN-in Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən aşkar edilib. Görülmüş tədbirlər nəticəsində hadisəni törətmiş Bakı şəhər sakini Sənan Şirinov tutulub.
Xəzər Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.