Notice: getimagesize(): Read error! in /sites/cars-az.com/system/library/image.php on line 35Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 37Notice: Trying to access array offset on value of type bool in /sites/cars-az.com/system/library/image.php on line 38 PA sığortanı nəzarə götürdü
PA sığortanı nəzarə götürdü

PA sığortanı nəzarə götürdü

“Sığorta şikayətlərilə bağlı komissiya yaradılıb. Sabah həmin komissiya 7 sığorta şikayəti ilə görüşəcək”. Cars-az anspress-ə istinadən məlumat verir ki, bunu Dövlət Sığorta Nəzarət Xidmətinin (DSNX) rəis müavini Müşfiq İsrafilov deyib. O bildirib ki, bu görüşün məqsədi DSNX-yə daxil olan şikayətlərin sayının kifayət qədər artması olub.

“Təkcə bir il ərzində 450 ərizə sayı artıb. Şikayətlərin əksəriyyəti isə avtomobillərin icbari sığortası ilə bağlıdır. Bu isə bizi narahat edir. Prezident Administrasiyasından bizə məktub daxil olub. Prezident İlham Əliyevin adına müraciət edilən məktublarda qeyd edilib ki, sığorta ödənişlərinin alınmasında çətinliklər var”.

DSNX rəis müavini bildirib ki, bu məsələlər Maliyyə Nazirliyinin və PA-nın birbaşa nəzarətindədir. Vətəndaşların daxil olan şikayətləri yeni yaradılmış komissiya tərəfindən ciddi şəkildə araşdırılacaq.

Dostlarınla paylaş


Şərhlər


Top