24.03.2016
Gündəm
Aeroportun yenidən işə başlayacağı tarix məlum oldu - Brüsseldə
Belçikanın paytaxtı Brüsseldə baş vermiş terror aktlarına görə hava limanı martın 25-dək bağlı olacaq. Сars-az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə hava limanının administrasiyası məlumat yayıb. Martın 22-də Belçikanın paytaxtı Brüsseldə, aeroportda və metroda baş verən partlayışlar nəticəsində 32 nəfər ölüb, 270 nəfər yaralanıb.