24.03.2016
Gündəm
3 nömrəli avtobusun hərəkət istiqaməti dəyişildi
“7-ci mikrorayon ərazisində yaşayan sərnişinlərdən Bakı Nəqliyyat Agentlyinə daxil olan çoxsaylı müraciətləri nəzərə alaraq 3 saylı marşrut xəttimizin istiqamətində dəyişiklik etdik”. Сars-az xəbər verir ki, “Baku Bus”ın mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova Feysbukda yazıb. ““BakuBus”a məxsus 3 saylı marşrut xəttinin son dayanacağı Azadlıq prospekti metro stansiyasının önü yox, Atatürk prospektindən sonra Şövkət Məmmədova və Abay Kunanbayev küçələri ilə keçməklə Dərnəgül metro stansiyasının önü olacaq. Qeyd edək ki, 3 saylı marşrut xətti hərəkət trayektoriyasının dəyişdirilməsi səbəbilə Cəfər Xəndan və İbrahimpaşa Dadaşov küçələrindən keçməyəcək. Dəyişiklik martın 25-dən icra olunacaq”, -deyə N. Allahyarova vurğulayıb.