24.03.2016
Gündəm
Bir ailə qəzaya düşdü: ana öldü, 3 nəfər xəstəxanada
Kürdəmir rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Сars-az bildirir ki, Baş Dövlət Yol Polisi İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakı-Qazax yolunun 164-cü kilometrliyində, Kürdəmirin Sığırlı kəndinin ərazisində qeydə alınıb. Ağdam rayon sakini Eyvaz Məmmədov idarə etdiyi "BMW" markalı avtomobili aşırıb. Nəticədə E.Məmmədovun sərnişinlərindən, arvadı, 1964-cü il təvəllüdlü Almas Məmmədova hadisə yerində ölüb. Özü və digər sərnişinləri - oğlu Əsgər və qızı Aytac xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri orta-ağırdır.
Faktla bağlı araşdırma aparılır.