04.11.2015
Gündəm
224 can alan təyyarə qəzasının ilk görüntüləri
Misirin “Newsinai24” xəbər portalı “Twitter”-dəki səhifəsində qəzaya uğrayan Rusiyaya məxsus sərnişin təyyarəsinin qalıqlarının şəkillərini dərc edib. Cars-az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, şəkillərdə hadisə yerinə cəlb olunmuş hərbi helikopterlər və təyyarənin qalıqları əks olunub.
Qeyd edək ki, Misirdən Sankt-Peterburqa uçan “Koqalımavia” şirkətinə məxsus təyyarə Sinay yarımadası üzərində qəzaya uğrayıb. Nəticədə 224 (217 sərnişin və 7 ekipaj üzvü) nəfər həlak olub. Ölən 224 nəfərdən 25-i uşaqdır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Sankt Peterburqda Rusiya FHN-in əməliyyat qərargahının nümayəndəsi bildirib.